Rusiyanın dünyaca məşhur aparıcısı professor Yelena Malışevanın Azərbaycana səfəri çərçivəsində ölkəmizdə səhiyyə sahəsində görülmuş işlərlə bağlı ölkəmizin səhiyyə müəssisələrində görüşləri keçirilmişdir

Rusiyanın dünyaca məşhur aparıcısı professor Yelena Malışevanın Azərbaycana səfəri çərçivəsində ölkəmizdə səhiyyə sahəsində görülmuş işlərlə bağlı ölkəmizin səhiyyə müəssisələrində görüşləri keçirilmişdir. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzində də bu qəbildən olan görüş baş tutmuşdur. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Təlim və Simulyasiya Mərkəzində görülmüş işlər barədə universitetin rektoru professor Əziz Əliyev tərəfindən Yelena Malışevaya ətraflı məlumat verilmiş və universitetdə yaradılmış şəraitlə tanış edilmişdir. Daha sonra Bakı Sağlamlıq Mərkəzində göstərilən tibbi xidmətlərin arialı və aparılan cərrahi əməliyyatlar barəsində Mərkəzimizin icraçı direktoru Dos. Dr. Asiman Həsənov tərəfindən professora ətraflı məlumat verilmiş və Mərkəzimizin xidmət göstərən şöbələrinə baxış keçirilmişdir. Professor Yelena Malışeva Azərbaycana ilk səfəri olduğunu, bu günə qədər Azərbaycanda səhiyyə sahəsində görülən işlərdən xəbərdar olmadığını və qarşılaşdığı mənzərə qarşısında heyrətini gizlətməmişdir. Görüş zamanı xatirə şəkili çəkilmişdir. Qonaq Azərbaycanda səhiyyə sahəsində görülən işləri təqdirə layiq qiymətləndirmiş və təəsüratlarını sosial mediada bölüşəcəyini bildirmişdir.

Diqər xəbərlər